DÜNYA


Pekin və Şanxay arasında dünyada ən sürətli qatar buraxılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Pekin və Şanxay arasında dünyada ən sürətli sərnişin qatarı buraxılıb.

AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, "Fusin" adlanan qatarın hərəkət sürəti saatda 350 kilometr/saatdır. Yeni qatar gün ərzində 7 dəfə hərəkət edəcək.

Bu gün qatar yerli vaxtla səhər saat 7:00-də Pekindən yola düşüb, 4 saat 28 dəqiqə sonra Şanxaya çatıb.

Pekin-Şanxay dəmir yolu xətti Çində ən yüklənmiş yoldur. Onun sərnişin axını ildə 100 milyon nəfərdən çoxdur. Bununla əlaqədar ərazidə sürət limitinin dəyişdirilməsi və yeni nəsil qatarların yaradılması barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.