ELM VƏ TƏHSİL


Pekində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Pekində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və yeni çağırışlar” mövzusunda forum keçirilib. Təşkilatçılar Çin Sosial Elmlər Akademiyası (ÇSEA) və Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA).

AMEA-nın İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə ÇSEA-nın alimləri ilə yanaşı, Azərbaycandan AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti beynəlxalq əlaqələr idarəsinin rəhbəri, dosent Esmira Əlirzayeva, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli, institutun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva, şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva və aparıcı elmi işçi, dosent Aqil Eyvazov iştirak ediblər.

Konfransda məruzələr dinlənilib, Çin və Azərbaycan arasında iqtisadiyyat sahəsində tərəfdaşlıq, yeni imkanlar, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri üzrə geniş müzakirələr aparılıb.

Forumda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli “Ölkələrin iqtisadi modellər üzrə təsnifləşdirilməsi”, dosent Rəsmiyyə Abdullayeva “Azərbaycanda sosial müdafiə sisteminin dövlət tənzimlənməsi”, iqtisad fəlsəfə doktoru Leyli Allahverdiyeva “Şəbəkə hazırlığı indeksi: xarici ticarətin liberallıq dərəcəsindən asılılığı və iqtisadi əhəmiyyəti”, dosent Aqil Eyvazov “Azərbaycanda iqtisadi islahatlar, biznes mühiti və investisiya imkanları” mövzularında təqdimatla çıxış ediblər.

Məruzələr ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.