SİYASƏT
Pekində İnterpolun Baş Assambleyasının 86-cı sessiyası keçiriləcək
Pekin, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 26-29-da Pekində Beynəlxalq Kriminal Polis Təşkilatının (İnterpol) Baş Assambleyasının 86-cı sessiyası keçiriləcək.
Təşkilatın ali orqanı olan Baş Assambleyanın ildə bir dəfə keçirilən sessiyalarında qurumun fəaliyyəti ilə bağlı ən mühüm qərarlar qəbul edilir, İcraiyyə Komitəsinin tərkibini seçir, beynəlxalq əməkdaşlığa dair müzakirələr aparılır.
Ölkəmizin Çindəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:25]
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib
- 24.04.2024 [15:44]
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO
- 24.04.2024 [15:05]