DÜNYA


Pekində fabrikdə partlayış: ölən və itkin düşənlər var

Pekin, 3 dekabr, AZƏRTAC

Çin paytaxtında qida emalı fabrikində baş verən partlayış nəticəsində bir nəfər ölüb, 2 nəfər itkin düşüb. Hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

AZƏRTAC xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 3 radələrində Pekinin şimal hissəsindəki Şunyi rayonunda yerləşən "Kyo-Nichi Dodai" şirkətinə məxsus lobya emalı fabrikində baş verib. Partlayışdan sonra alov meydana gəlib. Yanğınsöndürənlər qısa müddətdə yanğını nəzarət altına ala biliblər.

Hazırda ərazidə itkin düşənlərin axtarış işləri aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.