DÜNYA


Pekində güclü külək dörd nəfərin ölümünə səbəb olub

Pekin, 20 may, AZƏRTAC

Çinin paytaxtı Pekində iki gündür müşahidə olunan güclü küləyin törətdiyi fəsadlar dörd nəfərin ölümünə səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat yayıb. Bildirilir ki, ölənlərin üçü güclü küləyin təsirindən aşan divarın altında qalan, digəri isə motosikletdə hərəkət edərkən üzərinə ağac düşən paytaxt sakinləridir.

Küləkli hava şəraiti nəqliyyatın hərəkətini də iflic edib. Belə ki, Pekin hava limanlarından və dəmir yolu vağzallarından onlarla reys təxirə salınıb və ya gecikib. Sürəti saatda 50-60 kilometrə çatan külək şəhərin bəzi yerlərində binaların dam örtüyünü də uçurub.

Orta məktəblərə və uşaq bağçalarına hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, bayırda nəzərdə tutulan bütün tədbirlərin təxirə salınması tapşırılıb.

Küləkli hava şəraiti ilə əlaqədar Pekində davam edən “Asiya sivilizasiyalar dilaoqu” konfransının bəzi tədbirləri, o cümlədən yemək festivalı təxirə salınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.