DÜNYA


Pekində məktəbə hücum edən naməlum şəxs 20 şagirdi yaralayıb

Pekin, 8 yanvar, AZƏRTAC

Çinin paytaxtı Pekində naməlum şəxs məktəblərdən birinə hücum edərək bıçaqla 20 şagirdi yaralayıb.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, hadisə paytaxtın Siçen rayonunda baş verib. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Polis şübhəli şəxsi hadisə yerində saxlayıb. Cinayətin motivləri barədə hələlik məlumat yoxdur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.