İDMAN


Pele Fransada müalicə aldığı xəstəxanadan evə buraxılıb

Bakı, 9 aprel, AZƏRTAC

Dünya futbolunun əfsanəsi, üçqat dünya çempionu braziliyalı Pele (əsl adı Edison Arandis du Nasimentu) ötən həftə yerləşdirildiyi Paris xəstəxanasından evə buraxılıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Fransa yalnız böyük futbolçulara deyil, həm də mükəmməl həkimlərə sahibdir”, - deyən Pele göstərilən dəstəyə görə azarkeşlərinə təşəkkür edib.

Braziliyalı sabiq futbolçu beş gün ərzində Parisdəki Amerika xəstəxanasında ürək-damar problemləri ilə əlaqədar müalicə aldığını açıqlayıb. Pele tezliklə evinə qayıdacağını, lakin müalicə ilə əlaqədar yenidən Parisə gələcəyini deyib.

Karyerası ərzində qeyri-rəsmi oyunlar da daxil olmaqla 1363 oyunda 1281 qol vuran hücumçu “Ginnesin rekordlar kitabı”na düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.