İDMAN


Pele indiki nəsil futbolçulardan Messi ilə oynamaq istədiyini deyib

Bakı, 14 noyabr, AZƏRTAC

Braziliya yığmasının tərkibində üçqat dünya çempionu olmuş, “futbol kralı” adlandırılan Pele deyib ki, indiki nəsil futbolçulardan İspaniyanın “Barselona” komandasının argentinalı hücumçusu Messi ilə meydançaya çıxmaq istərdi. Onun bu sözləri İtaliyanın “La Gazzetta dello Sport” nəşrində yer alıb.

Pele deyib: “Mən Messi ilə birlikdə oynamaq istərdim. O, təcrübəli oyunçudur, çox gözəl ötürmələri var, qollar vurur və driblinqə malikdir. Biz onunla rəqibləri meydançada bir yox, iki futbolçunun oyunundan həyəcanlanmağa vadar edə bilərik. Messi hazırda ən mükəmməl futbolçudur”.

AZƏRTAC xəbər verir ki, Pele İtaliyanın “Yuventus” klubunun forvardı Kriştianu Ronaldunu və Fransanın PSJ komandasının hücumçusu Neymarı da qeyd edib. O, sonuncunu hələ ki, o qədər də əhəmiyyətli fiqur hesab etmədiyini əlavə edib.

Pele yeganə üçqat dünya çempionudur (1958, 1962, 1970). O, Braziliya yığmasının tərkibində 92 matç keçirib və 77 qola imza atıb. Beynəlxalq Futbol Federasiyasının versiyasına görə, argentinalı Maradona ilə birlikdə Pele XX əsrin ən yaxşı futbolçusudur. Forvard Braziliyanın “Santos” və ABŞ-ın “Nyu-York Kosmos” klublarında da oynayıb. Pele karyerası boyu 1279 qolun müəllifi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.