İDMAN


Pencak-silat üzrə Azərbaycan millisi açıq Avropa çempionatında iştirak edir

Bakı, 12 oktyabr, AZƏRTAC

Pencak-silat üzrə Azərbaycan millisi Hollandiyanın Haaqa şəhərində keçirilən açıq Avropa çempionatında iştirak edir.

AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycanı 11 idmançı təmsil edir.

Böyüklərin mübarizəsində Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova medallar uğrunda yarışırlar.

Gənclərin yarışında isə Xalid Əfəndiyev, Rəvan Abdullazadə, Cavidan Abdullazadə və üçqat Azərbaycan çempionu Fidan Əlizadə birincilik uğrunda mübarizə aparırlar.

Milli komandamız çempionatda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında yarışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.