CƏMİYYƏT


Penitensiar sistemdə çalışan həkimlər üçün təkmilləşdirilmə kursu keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrasında 2021/2022-ci tədris ilində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının təşəbbüsü ilə psixiatrik yardımın göstərilməsinin yaxşılaşdırılması məqsədilə penitensiar sistemdə çalışan həkimlərin təkmilləşdirilməsi və onların potensialların inkişaf etdirilməsi üçün təkmilləşdirilmə kursları keçirilir.

İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, psixiatriya mövzusunda on gün davam edən növbəti kurs başa çatıb.

Kursda Ədliyyə Nazirliyi sistemində çalışan 11 həkim-psixiatr və narkoloq iştirak edib. Müdavimlərə müxtəlif yaş dövrlərində psixoaktiv maddələrdən asılılığın xüsusiyyətləri haqqında ətraflı məlumat verilib və həmin asılılığın müalicə və reabilitasiya yolları göstərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.