CƏMİYYƏT


Penitensiar Xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirib

Bakı, 11 oktyabr, AZƏRTAC 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı müxtəlif cinayətlərin açılması istiqamətində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam etdirir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun, 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180.2.4-ci və 180.2.1-ci maddələri ilə təqsirli bilinərək altı il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qurbanov Pünhan Bəkir oğlu həbs edilməmişdən əvvəl Suraxanı rayonunda “Mədənlər” adlanan ərazidə torpağa basdıraraq gizlətdiyi lüləyi və qundağı kəsilmiş iki ədəd ov tüfəngini könüllü olaraq təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.