CƏMİYYƏT


Penitensiar Xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirib

Bakı, 2 iyun, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs qismində Bakı İstintaq Təcridxanasında saxlanılan Muradov Zülfi İlqar oğlu həbs edilməmişdən əvvəl Yasamal rayonu ərazisindəki evində gizlətdiyi “Eskort” markalı vinçester tipli tüfəngi qurumun və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının Yasamal Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində könüllü olaraq təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.