CƏMİYYƏT


Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb

Bakı, 28 may, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

AZƏRTAC xəbər verir ki, həmin cəzaçəkmə müəssisəsində 7 nəfər azadlığa buraxılıb.

Əfv olunan şəxslərə sənədlərini Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov, ombudsman Səbinə Əliyeva və Milli Məclisin deputatı Zahid Oruc təqdim edib.

Azadlığa buraxılanlardan 4-ü "Gəncə hadisələri"nə görə həbs edilmişdir.

Qeyd edək ki, Sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.