CƏMİYYƏT


Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb

Bakı, 28 sentyabr, AZƏRTAC 

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.1-ci, 69.3-cü və 93.1.2 -ci maddələrinə əsasən təqsirli bilinərək 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bayramov Emin Eldar oğlu ilə qısamüddətli görüşə gəlmiş anası - Şirvan şəhər sakini Bayramova Zəminə İsmayıl qızı və bacısı Bayramova Günel Eldar qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan qəndin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0,748 qram metamfetamin və 0,912 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.