CƏMİYYƏT


Penitensiar Xidmətin müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Bakı, 28 iyul, AZƏRTAC 

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 228.4-cü, 317-2.1-ci, 66.2-ci, 93.1.4-cü, 67.1-ci, 120.1-ci maddələrinə əsasən təqsirli bilinərək on il üç ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Sirxan Abdulcabbar oğluna anası Bakı şəhər sakini İbrahimova Əfruz İsa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatda olan paltara hopdurulmuş 1,812 qram narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.