CƏMİYYƏT


Penitensiar Xidmətin təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Bakı, 28 noyabr, AZƏRTAC

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.