CƏMİYYƏT


Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə uğurlu əməliyyatları davam edir

Bakı, 25 sentyabr, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində müalicə müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin yaşadığı Maştağa qəsəbəsində yerləşən boş torpaq sahəsində basdıraraq gizlətdiyi bir ədəd “VALTRO mod85 COMBAT” model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.