DÜNYA


Pentaqon: İŞİD geri çəkilir, yaraqlılar kütləvi surətdə təslim olur

Bakı, 12 oktyabr, AZƏRTAC

İraqın əvvəllər İŞİD terror qruplaşmasının nəzarətində olan ərazisinin 95 faizindən çoxu azad edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ başda olmaqla beynəlxalq koalisiyanın İraq və Suriyada apardığı hərbi əməliyyatlara rəhbərlik edən general Robert Uayt oktyabrın 12-də Bağdadda jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Düşmən geri çəkilir və yaraqlılar kütləvi surətdə təslim olur. Onlar uduzduqlarını bilirlər”, - general belə deyib.

Bir qədər əvvəl İraqın Rusiyadakı səfiri Heydər Mənsur Hadi də mətbuat konfransında oxşar bəyanatla çıxış edərək İŞİD-in hazırda ölkə ərazisinin yalnız 5 faizinə nəzarət etdiyini bildirmişdi. Səfirin sözlərinə görə, 2014-cü ildə qruplaşma İraqın 40 faiz ərazisini nəzarətdə saxlayırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.