DÜNYA


Pentaqon Meksika ilə sərhədə 5,2 min hərbçi göndərəcəyini təsdiqləyib

Bakı, 30 oktyabr, AZƏRTAC

ABŞ Müdafiə Nazirliyi yaxınlaşan mühacir karvanının qarşısını almaq üçün həftənin sonunadək Meksika ilə sərhədə 5,2 min əsgər göndərmək barədə planını təsdiqləyib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ generalı Terrens Con Oşugnessi Daxili Təhlükəsizlik Nazirliyində keçirilən mətbuat konfransında bunun başlanğıc olduğunu və sərhəddə hərbçilərin sayının daha da artırılacağını bildirib.

Ötən həftə 7,2 min nəfərdən çox mühacir karvanının Meksikadan keçərək ABŞ sərhədinə yaxınlaşdığı barədə məlumat yayılmışdı. Onların arasında Honduras, Salvador, Qvatemala vətəndaşları çoxluq təşkil edir.

ABŞ Prezidenti Donald Tramp mühacirlərdən geri dönərək vətəndaşlıq almaq üçün qanuni şəkildə müraciət etməyi tələb edib.

Xatırladaq ki, Donald Tramp oktyabrın 22-də mühacir axını səbəbindən Qvatemala, Salvador və Hondurasa yardımların həcminin azaldılacağını bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.