DÜNYA


Pentaqon Ukraynaya lazer tuşlama qurğuları ilə təchiz olunmuş yüksək dəqiqlikli raketlər verəcək

Vaşinqton, 10 may, AZƏRTAC

ABŞ Müdafiə Nazirliyi Ukraynaya lazer tuşlama qurğuları ilə təchiz olunmuş yüksək dəqiqlikli raketlər verəcək.

AZƏRTAC ABŞ müdafiə nazirinin satınalmalar və maddi-texniki təchizat məsələləri üzrə müavini Bill La Plantenin bəyanatına istinadla xəbər verir ki, Pentaqon təkmilləşdirilmiş yüksək dəqiqlikli silahlar sisteminə 22,6 milyon dollar xərcləməyi planlaşdırır.

“Switchblade” pilotsuz uçuş aparatları üçün 17,8 milyon dollar sərf ediləcək. Bundan əlavə, Pentaqon Ukrayna ordusu üçün 19,7 milyon dollarlıq əl ilə idarə edilən “Puma” pilotsuz uçuş aparatları alacaq. La Plante bildirib ki, müdafiə nazirliyi Konqres tərəfindən razılaşdırılmış 300 milyon dollar həcmində maliyyə vəsaitinə malikdir. Bu məbləğ satışda olan hərbi texnika alınmasına xərclənə bilər.

“APKWS” (Advanced Precision Kill Weapon Systems) raketləri idarə edilə bilməyən “Hydra 70” raketlərinin təkmilləşdirilmiş modelidir. Lazer tuşlama dəstinin hədəfi dəqiq məhv etməsinə imkan verən bu raketləri həm havada olan, həm də yerüstü mobil işəsalma qurğularından buraxmaq mümkündür. “APKWS” sistemi hədəfləri ucuz üsulla məhv etmək vasitəsi kimi nəzərdə tutulub.

ABŞ Hərbi Hava Sistemlərinin Komandanlığının saytında bildirilir ki, bu halda yaxın döyüşdə əlavə ziyanın həcmi məhdudlaşır. Belə raketlərin istehsalına 2011-ci ildə başlanıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.