İDMAN


Pepe “Beşiktaş”dan ayrılaraq “Portu” klubu ilə ikiillik müqavilə imzalayıb

Bakı, 8 yanvar, AZƏRTAC

Türkiyənin “Beşiktaş” klubunun müdafiəçisi Pepe İstanbul təmsilçisindən ayrılaraq vətəni Portuqaliyaya qayıdıb.

AZƏRTAC “Beşiktaş”ın saytına istinadla xəbər verir ki, “Portu” 34 yaşlı futbolçu ilə 2021-ci ilin iyununa qədər qüvvədə olan müqavilə bağlayıb.

Portuqaliyada “Maritimu”nun da formasını geyinmiş Pepe 2007-ci ilin yayında 30 milyon avroya “Portu”dan “Real Madrid”ə transfer edilib. O, 2017-ci ilin iyulundan “qara qartallar”ın formasını geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.