İQTİSADİYYAT


Pərakəndə satış müəssisələrinin rəhbərləri üçün qida təhlükəsizliyi ilə bağlı təlimə başlanılıb

Bakı, 12 OKTYABR, AZƏRTAC 

Oktyabrın 12-də Qida Təhlükəsizliyi İnstitutunda qida sahəsində fəaliyyət göstərən 30-dan çox pərakəndə satış müəssisəsinin rəhbərləri üçün qida təhlükəsizliyi ilə bağlı təlimə başlanılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

İki gün davam edəcək təlimin birinci günündə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Qida zənciri boyunca qida təhlükəsizliyi”, "Qida məhsulları necə təhlükəli ola bilər?", "Çirklənmə yolları hansılardır?", “GHP - Yaxşı gigiyena təcrübələri və onun komponentləri” mövzularında təqdimatla çıxış ediblər.

Təlimin ikinci günündə "HACCP sistemi və qida təhlükəsizliyi", "Qida təhlükəsizliyi sahəsində yerli və beynəlxalq texniki normativ hüquqi aktlar" kimi mövzular müzakirə olunacaq.

Sonda təlimi uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.