REGİONLAR
Pərakəndə ticarət dövriyyəsi ən çox Quba-Xaçmaz iqtisadi rayonu üzrə artıb
Bakı, 20 avqust, AZƏRTAC
Ölkənin bütün regionlarında pərakəndə ticarət dövriyyəsində artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə Quba-Xaçmaz iqtisadi rayonu üzrə 5,8 faiz, Abşeron iqtisadi rayonu üzrə 3,5 faiz, Bakı şəhəri üzrə 3 faiz, Aran iqtisadi rayonu üzrə 2,9 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,4 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 2,2 faiz, Lənkəran iqtisadi rayonu üzrə 2,1 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1,9 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1,8 faiz, Naxçıvan Muxtar Respublikası üzrə isə 0,6 faiz artıb.
Bakı, Sumqayıt, Naftalan, Lənkəran və Şirvan şəhərləri, Abşeron, Ağstafa, Şəmkir, Goranboy, Balakən, Astara, Qusar, Xaçmaz, Bərdə, Biləsuvar, Salyan, Sabirabad və Ağdam rayonları üzrə pərakəndə ticarət dövriyyəsinin real artım sürəti ölkə üzrə orta artım sürətindən (2,8 faiz) yüksək olub.