İQTİSADİYYAT


Pərakəndə ticarət dövriyyəsi ərzaq içkilər və tütün məmulatları üzrə 2,3 faiz artıb

Bakı, 10 avqust, AZƏRTAC

2022-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,7 milyard manatlıq, o cümlədən 15 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 379,8 manatlıq, o cümlədən 213,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 166,3 manatlıq qeyri-ərzaq malları almışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.