İQTİSADİYYAT


Pәrakәndә ticarәt şәbәkәsindә 28,5 milyard manatlıq məhsul satılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında pәrakәndә ticarәt şәbәkәsindә istehlakçılara 28 milyard 54,9 milyon manatlıq, o cümlәdәn 15 milyard 121,4 milyon manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 12 milyard 933,5 milyon manatlıq qeyri-әrzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-sentyabr aylarında pәrakәndә ticarәt dövriyyәsi real ifadәdә 1,6 faiz, o cümlәdәn qeyri-әrzaq malları üzrә 6,3 faiz azalıb, әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları üzrә isә 3,1 faiz artıb. Hesabat dövründә әhalinin bir nәfәrinә düşәn orta aylıq pәrakәndә ticarәt dövriyyәsi 312,6 manat vә ya 2019-cu ilin müvafiq dövrünün göstәricisindәn nominal ifadәdә 2,9 manat çox olub.

Ticarәt şәbәkәsindә bir ölkә sakini orta hesabla ayda 168,5 manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 144,1 manatlıq qeyri-әrzaq malları alıb. Cari ilin yanvar-sentyabr aylarında istehlakçıların pәrakәndә ticarәt şәbәkәsindә xәrclәdiyi vәsaitin 53,9 faizi әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatlarının, 15,7 faizi toxuculuq mәhsulları, geyim vә ayaqqabıların, 5,7 faizi elektrik malları vә mebellәrin, 5,3 faizi avtomobil benzini vә dizel yanacağının, 1,8 faizi әczaçılıq mәhsulları vә tibbi lәvazimatların, 0,8 faizi kompüterlәr, telekommunikasiya avadanlıqları vә çap mәhsullarının, 16,8 faizi isә digәr qeyri-әrzaq mallarının alınmasına sәrf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.