İQTİSADİYYAT
Pərakəndə ticarət şəbəkəsində 5466,1 milyon manatlıq ərzaq, içki və tütün məhsulları satılıb
Bakı, 23 may, AZƏRTAC
2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,9 faiz üstələyərək 5466,1 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ticarət dövriyyəsi 5422,7 milyon manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çox olub.
Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 139,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:55]
® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 24.04.2024 [15:31]
Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib
- 24.04.2024 [13:07]