İQTİSADİYYAT


Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13,9 milyard manatlıq ərzaq məhsulları satılıb

Bakı, 17 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13,9 milyard manatlıq, o cümlədən 7,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz artıb.

Bu ilin yanvar-aprel aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,5 faizi ərzaq məhsullarının, 5,6 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.