İQTİSADİYYAT


Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq ərzaq, içki və tütün məmulatları satılıb

Bakı, 15 yanvar, AZƏRTAC

2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz artım olub.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf olunub. Pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.