İQTİSADİYYAT


Pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 0,7 faizi kompüterlərin alınmasına sərf olunub

Bakı, 19 mart, AZƏRTAC

2019-cu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.

AZƏRTAC Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, iki ay ərzində pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 6,2 faizi ilə elektrik malları və mebellər alınıb.

Ümumilikdə, ötən il pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.