DÜNYA


Peru və Çilidə sel və daşqınlar nəticəsində 9 nəfər ölüb

Bakı, 9 fevral, AZƏRTAC

Cənubi Amerikanın Sakit okean sahillərində - Peru və Çilidə sel və daşqınlar nəticəsində 9 nəfər ölüb.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, Perunun cənubundakı Arequipa bölgəsində güclü yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsi zamanı iki qəsəbədə 3 nəfər ölüb. Axtarış-xilasetmə dəstəsi torpaq altında qaldıqları ehtimal olunan digər sakinlərin tapılması üçün əməliyyat həyata keçirir. Bundan başqa, Rio Qrande bələdiyyəsi ərazisində yerləşən mədəndə sütunların çökməsi nəticəsində üç fəhlə həlak olub. Güclü sel və daşqınlarla əlaqədar ölkənin cənub bölgəsindəki iki rayonda fövqəladə vəziyyət elan edilib.

Çilidə isə təbii fəlakət nəticəsində El Loa və Antofaqasta vilayətlərində üç nəfər ölüb, yollar və körpülər dağılıb, evlərə ciddi ziyan dəyib. Bu ölkənin şimalındakı mis mədənlərində də çökmə baş verib. Güclü yağışlar nəticəsində buradakı çoxdan qurumuş 60 metrlik Pika şəlaləsində də şiddətli su axını başlayıb.

Alimlər təbii fəlakətin okean sularının isinməsi ilə əlaqədar olduğunu bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.