DÜNYA


Peruda avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər həlak olub

Bakı, 26 sentyabr, AZƏRTAC

Perunun əsas turizm mərkəzlərindən biri olan Kusko yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər həlak olub. Bu barədə “Peru21” portalı məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, qəza Kusko və Santo-Tomas arasındakı yolda baş verib. Avtobus qarşıdan gələn avtomobillə toqquşub və 300 metr hündürlükdən uçuruma yuvarlanıb. İlkin məlumatda 7 nəfərin öldüyü və 15 nəfərin ağır yaralandığı bildirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.