DÜNYA


Peruda keçirilən prezident seçkilərində Keyko Fuximori liderlik edir

Bakı, 7 iyun, AZƏRTAC

Perunun sabiq Prezidenti Alberto Fuximorinin qızı Keyko Fuximori səslərin 73,7 faizinin hesablanmasından sonra dövlət başçısı postuna seçkilərin ikinci turunda liderliyini qoruyur.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, Perunun Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Xalq gücü” partiyasını təmsil edən Keyko Fuximori seçicilərin 52,3 faizinin səsini toplayıb. Onun rəqibi, “Azad Peru” partiyasının namizədi Pedro Kastilyo isə seçicilərin i 47,7 faizinin etimadını qazanıb.

Bu, 46 yaşlı Keyko Fuximorinin prezident seçkilərində ilk sınağı deyil. O, artıq iki dəfə - 2011-ci və 2016-cı illərdə seçkilərin ikinci tutuna vəsiqə qazanmış, lakin hər ikisində məğlub olmuşdu.

Peruda ona qarşı korrupsiya, aktivlərin yuyulması və fırıldaqçılıqla bağlı bir neçə cinayət işi aparılır. 2011-2016-cı illərdə Braziliyanın “Odebrecht” inşaat nəhəngindən rüşvət alma ittihamına əsasən həbs olunan Keyko Fuximori ötən ilin yazında məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

O, seçkiöncəsi kampaniya zamanı vəd etmişdi ki, qələbə qazanacağı təqdirdə, prezident də daxil olmaqla hər bir məmurun fəaliyyətini yoxlaya biləcək siyasətdən kənar insanlardan ibarət xüsusi qurum yaradacaq, həmçinin nəzarət orqanlarının rolunun gücləndirilməsini təmin edəcək.

Qeyd edək ki, gənc siyasətçinin atası 82 yaşlı Alberto Fuximori 1990-2000-ci illərdə Perunun Prezidenti olub. Sonradan korrupsiya ittihamı ilə 25 il həbs cəzasına məhkum edilib. Bu ilin martında ölkə prokurorluğu hakimiyyətdə olduqları dövrdə əhalinin yoxsul təbəqəsinin zorla sterilizasiya edilməsi iddiası ilə ona və üç sabiq səhiyyə nazirinə qarşı ittiham irəli sürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.