DÜNYA
Peruda zəlzələ dağıntılar törədib, zərərçəkənlər var VİDEO
Bakı, 26 may, AZƏRTAC
Perunun şimalında baş verən 8 bal gücündə zəlzələ bir sıra dağıntılar törədib.
AZƏRTAC xəbər verir ki, fövqəladə hallar üzrə milli mərkəzin yaydığı məlumata görə, 15-dən çox bina dağılıb. Zərərçəkənlər var, lakin onların sayı hələlik məlum deyil.
Perublika qəzeti yazır ki, zəlzələ ölkə şəhərlərinin əksəriyyətində hiss olunub. San-Martin və Loreto regionlarında çoxlu bina zədələnib. Xəstəxanalardan birinin pasiyentləri təxliyə edilib. Bəzi şəhərlərdə elektrik təchizatı pozulub. Peru Prezidenti Martin Viskarra sakinləri sakitliyi qorumağa çağırıb.
Xatırladaq ki, bu gün yerli vaxtla səhər saatlarında baş verən zəlzələnin episentri San-Martin regionundakı Lagunas şəhərindən 83 kilometr cənub-şərqdə, ocağı isə 105 kilometr dərinlikdə yerləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]