DÜNYA


Perunun sabiq prezidenti intihar edib

Bakı, 17 aprel, AZƏRTAC

Perunun sabiq prezidenti Alan Qarsiya (1985-1990, 2006-2011) məhkəmənin qərarına əsasən həbs olunarkən intihar edib.

AZƏRTAC TeleSUR telekanalına istinadla xəbər verir ki, intihara cəhd göstərən sabiq prezident Lima hospitalında ölüb.

Telekanalın yaydığı məlumata görə, məhkəmə Alan Qarsiyanın korrupsiya haqqında iş üzrə 10 gün müddətinə həbs olunması barədə qərar çıxarıb. Prokurorluğun əməkdaşları orderi sabiq prezidentə təqdim etmək üçün onun Limadakı evinə gəliblər və bu zaman Qarsiya özünə qəsd edib.

Alan Qarsiya Braziliyanın Odebrecht tikinti şirkətinin işi üzrə korrupsiyada şübhəli bilinirdi. Ötən ilin noyabrında məhkəmə onun 18 ay müddətində ölkədən çıxmasına qadağa qoymuşdu. İstintaqın fikrincə, sabiq prezident şirkət üçün əlverişli müqavilə bağlanmasına kömək müqabilində 100 min dollar ala bilərdi. Təqsirini inkar edən sabiq dövlət başçısı 2018-ci il noyabrın 17-dən dekabrın 3-dək Uruqvay səfirliyində gizlənmişdi. Lakin ona sığınacaq verilməsindən imtina olunmuş və bundan sonra Qarsiya səfirliyin iqamətgahını tərk etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.