DÜNYA


Perunun sabiq prezidentini 20 ilədək həbs cəzası gözləyir VİDEO

Perunun sabiq prezidentini 20 ilədək həbs cəzası gözləyir VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

Perunun vəzifədən kənarlaşdırılan sabiq prezidenti Xose Pedro Kastilyo Terrones qiyam təşkil etməkdə ittiham olunur.

AZƏRTAC “El Comercio” qəzetinə istinadla xəbər verir ki, bir sıra cinayətlərdə təqsirli bilinən sabiq prezident hazırda polis tərəfindən saxlanılıb və on sutkalığına istintaq təcridxanasına salınıb. Ona qarşı irəli sürülən ittihamlar arasında ən ağırı 10 ildən 20 ilədək həbs cəzasını ehtiva edən qiyamın təşkilidir. Bundan başqa, sabiq dövlət başçısı vəzifəsindən sui-istifadə etməkdə və ictimai asayişi pozmaqda ittiham olunur. Həmçinin onun adı hələ prezident postunu tutduğu dövrlərdə korrupsiya ilə bağlı bir sıra cinayət işlərində hallanır.

Peru parlamenti dekabrın 7-də Xose Pedro Kastilyo Terronesi hakimiyyətdən uzaqlaşdırılıb. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.