İDMAN
Pərviz Abdullayev peşəkarlar arasında növbəti döyüşünü keçirəcək
Bakı, 23 iyun, AZƏRTAC
“Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev (77 kq) növbəti döyüşünü keçirəcək.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, idmançımız iyunun 26-da İstanbulda təşkil olunacaq “Akın döyüş arenası” çərçivəsində qüvvəsini sınayacaq.
P.Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq. Bu, kikboksçumuzun peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmanın 49-da (26-sı nokautla) qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]