İDMAN
Pərviz Nəsibov: Olimpiya Oyunlarında çıxışım zamanı doğma Azərbaycan xalqının dəstəyini hiss edirdim
Kiyev, 4 avqust, AZƏRTAC
“Tokio-2020”-də çıxışım zamanı doğma Azərbaycan xalqının dəstəyini hiss edirdim. Buna görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Olimpiya Oyunlarında Ukraynaya gümüş medal qazandıran azərbaycanlı güləşçi Pərviz Nəsibov söyləyib.
P.Nəsibov bildirib ki, tezliklə Azərbaycana gələcək və doğulub böyüdüyü Ağstafa rayonunda olacaq, ölkəmizin səfalı yerlərini gəzəcək.
“Azərbaycan xalqının mənə dəstək verdiyini gördüm və hiss etdim. Bütün bunlar mənim üçün çox qiymətli və xoşdur. Mən doğma Azərbaycan xalqını sevirəm”, - deyə Pərviz Nəsibov əlavə edib.
Qeyd edək ki, Pərviz Nəsibov Ağstafa rayonunda doğulub, 6 yaşına kimi orada yaşayıb. Sonra ailəsi ilə birgə Ukraynanın Nikolayev vilayətinə köçüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]