İQTİSADİYYAT


Pərviz Şahbazov: 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi planlaşdırılır

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycanda 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov dekabrın 10-da Bakıda işə başlayan “AgTech and Green Energy” mövzusunda beynəlxalq forumda deyib.

Nazir qeyd edib ki, hazırda ölkənin ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı təxminən 18 faizdir: "Lakin Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür. Təxminən 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi planlaşdırılır. Bərpaolunan enerji mənbələrinin ümumi enerji balansındakı payının artırılması və enerji səmərəliliyi istiqamətində kompleks tədbirlər həyata keçirilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.