İDMAN


Pərviz Səmədov: Qardaş dövlətdə oynamağımız və azarkeşlərimizin çox olması qələbə əzmimizi daha da artırır

Konya, 9 avqust, Səxavət Quliyev, AZƏRTAC

Xalqımızı, azarkeşlərimizi ilk qələbə münasibətilə təbrik edirəm. Rəqibimiz Sudan o qədər də güclü komanda deyildi, ona görə də istədiyimiz yaxşı oyun göstərə bilmədik. Növbəti oyunlarda daha yaxşı oyun göstərəcəyik.

AZƏRTAC –ın Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri V İslam Həmrəyliyi Oyunlarında Sudana 3:0 hesabı ilə qalib gəlmiş Azərbaycanın kişi voleybolçulardan ibarət komandasının baş məşqçisi Pərviz Səmədov deyib. O qeyd edib ki, qrupda növbəti oyunları komanda Mərakeş və Kamerun komandalarına qarşı keçirəcək: “Meydana qələbə üçün çıxacağıq. Qardaş dövlətdə oynamağımız və azarkeşlərimizin çox olması qələbə əzmimizi daha da artırır”.

Baş məşqçi bildirib ki, Avropa çempionatının seçmə mərhələsində Danimarka və Türkiyəyə məğlubiyyətdən sonra Konyada yarışmağın çətin olmasına baxmayaraq, komanda öz işinin öhdəsindən uğurla gəlib: “Düşünürük ki, qələbələrin ardı gələcək".

Millimiz A qrupu çərçivəsində martın 11-də Mərakeşlə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.