ELM VƏ TƏHSİL


Pərviz Yusifov: Sərgidə peşə təhsilində öyrədilən bacarıqları göstəririk

Bakı, 11 oktyabr, AZƏRTAC

13-cü təhsil sərgisində Azərbaycan Respublikasının Təhsil Nazirliyi geniş pavilyonda iştirak edir. Bu pavilyonda Peşə Təhsili üzrə Dövlət Agentliyi də təmsil olunur. Builki sərgidə peşə təhsilində tədris olunan bacarıqları göstəririk. Sərgidə ümumilikdə 9 peşə təhsil müəssisəsi 15-dən çox peşə bacarığını nümayiş etdirir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. O bildirib ki, sərgidə həm müasir sənaye, həm də ənənəvi ixtisaslar ziyarətçilərə təqdim olunur.

“Sərgi çərçivəsində peşə təhsili ilə bağlı ustad dərsləri təşkil olunur. Bu dərsləri keçməkdə məqsədimiz gənclərdə peşə təhsilinə maraq oyatmaq və onların gələcəkdə peşə seçiminə yardımçı olmaqdır”, - deyə Pərviz Yusifov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.