ELM VƏ TƏHSİL


Peşə Tədris Mərkəzinin tələbələri ekskursiya zamanı ixtisaslarına uyğun biliklər əldə ediblər

Bakı, 20 sentyabr, AZƏRTAC 

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tələbələri bir neçə oteldə ekskursiyada olublar.

Peşə Tədris Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ekskursiyada tədris ilinin planına uyğun olaraq turizm sahəsində iaşə üzrə mütəxəssis, turizm təşkilatçısı, mehmanxana inzibatçısı ixtisaslarına qəbul olunan I kurs tələbələri iştirak ediblər.

Ekskursiya zamanı otellərdə işin təşkili ilə tanış olan tələbələr ixtisaslarına uyğun biliklər əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.