ELM VƏ TƏHSİL


Peşə Təhsil Mərkəzi və “Westminister Kingsway” kolleci arasında niyyət protokolu imzalanıb

Bakı, 13 fevral, AZƏRTAC 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Böyük Britaniyanın “Westminister Kingsway” kolleci arasında niyyət protokolu imzalanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, protokolun imzalanmasında məqsəd turizm sektoru üzrə kadrlar hazırlanması, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın davam etdirilməsidir.

Qeyd edək ki, protokol Peşə Təhsili üzrə Dövlət Agentliyinin və peşə təhsili müəssisələrinin nümayəndələrinin “British Council” təşkilatının dəstəyi ilə Britaniyaya “Bacarıqların inkişafı” mövzusunda təşkil olunan təlim səfəri çərçivəsində imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.