ELM VƏ TƏHSİL
Peşə Təhsil Mərkəzində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
Bakı, 4 dekabr, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunan tədbir keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan mərkəzin dil və ədəbiyyat müəllimi Fatimə Tağıyeva yubileyin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən keçirildiyini qeyd edib. Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində böyük iz qoyan, ana dilinin qorunması və inkişafı uğrunda bütün həyatı və yaradıcılığı boyu çalışmış Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında məlumat verib.
Mərkəzin tələbələri Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Anamın kitabı”, “Ölülər” əsərlərindən epizodlar nümayiş etdiriblər.
Tədbirdə dramaturqun həyat və yaradıcılığını əks etdirən video nümayiş olunub.