CƏMİYYƏT
Peşə Təhsil Mərkəzində gənclərlə görüş
Bakı, 28 aprel, AZƏRTAC
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və onun müavini Vüqar Cavadov peşə təhsilinə marağın artırılması və bu barədə məlumatlandırma məqsədilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan gənclərlə görüşüblər.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, mərkəzin direktoru Etibar Sadıqov onları tələbələrin praktiki bilik və bacarıqlarının formalaşdığı tədris-təcrübə sahəsi ilə və mərkəzdə fəaliyyət göstərən emalatxanalarla tanış edib. Onlara mərkəzin maddi-texniki bazası, tədris edilən çoxsaylı ixtisaslar haqqında ətraflı məlumat verilib.
“Mebel ustası”, “Dülgər” və ”Üzlükçü dizayner” ixtisasları üzrə qrup tələbələrinin fəaliyyətini izləmək üçün onların praktiki məşğələlər keçdikləri emalatxanaya ekskursiya edilib və burada tələbələr tərəfindən hazırlanan əl işləri ilə də tanış olublar.