ELM VƏ TƏHSİL


Peşə Təhsil Mərkəzində tədbir: Hürufilik təriqəti və İmadəddin Nəsimi irsi

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Hürufilik təriqəti və İmadəddin Nəsimi irsi” mövzusunda tədbir keçirilib.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə direktor Pərviz Həmzəyev “Nəsimi ili” çərçivəsində ölkədə dahi şairə həsr olan tədbirlər keçirildiyini qeyd edib. Bildirib ki, mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olan, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəsinə çevrilən ədəbi irsi çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutur. Nəsimi yaradıcılığında insanın əzəmətini, şəxsiyyətin azadlığını tərənnüm edib.

Peşə Təhsil Mərkəzinin kitabxanaçısı Sədaqət Tanrıverdiyeva İmadəddin Nəsiminin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. Mərkəzin tələbələri dahi şairin qəzəllərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.