CƏMİYYƏT


Peşə Təhsil Mərkəzinin açılması ölkədə peşəkar kadrların yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir

Bakı, 17 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı və həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı tezislər xüsusi əhəmiyyət kəsb edir. Təhsil mərkəzinin tədris proqramının hazırlanmasında beynəlxalq təcrübənin tətbiqi müasir dövrün tələblərinə uyğundur. Bu, bir daha onu göstərir ki, ölkəmizdə daim inkişafda olan təhsil sisteminin davamlılığı və dayanıqlılığının təmini üçün bütün istiqamətlərdə beynəlxalq təcrübə tətbiq edilir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat bildirib ki, mərkəzin açılışı tədris prosesi ilə istehsalat fəaliyyəti arasında məsafəni qısaltdığını deməyə əsas verir. Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkındakı rezidentlərin mütəxəssisləri mərkəzdə təhsil alacaq şəxslərin tədris prosesinə cəlb ediləcəklər.

“Peşə Təhsil Mərkəzində təhsil alanlar artıq öz nəzəri biliklərini demək olar ki, yerindəcə sınaqdan keçirərək tətbiq edəcəklər. Belə ki, əvvəllər hər hansı peşə ixtisası üzrə təhsili bitirən, bilik və praktiki bacarıqlar əldə edən tələbələr qazanılan biliklərin tətbiqi üçün imkanlar axtarışında olurdular. Sumqayıt Kimya Sənaye Parkının nəzdində bu mərkəzin qurulması ilə artıq burada tələbələr birbaşa təcrübə keçərək öz nəzəri biliklərini inkişaf edirəcəklər”, - deyən Ş.Seyidzadə vurğulayıb ki, mərkəzin fəaliyyəti həm də peşəkar mütəxəssis çatışmazlığı probleminin aradan qaldırılmasına töhfə olacaq. Qeyd edilib ki, Parkda müasir Peşə Təhsil Mərkəzinin yaradılması birmənalı olaraq peşəkar mütəxəssis bazasının genişlənməsinə gətirib çıxaracaq. Peşə Təhsil Mərkəzinin açılması ölkəmizdə aparılan uğurlu kadr siyasəti ilə yanaşı, yeni kadrların və mütəxəssislərin yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

“Prezident İlham Əliyevin təhsil mərkəzinin açılışında Sumqayıt Kimya Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlanması, yerlərin seçilməsi ilə bağlı tapşırıqlarına gəlincə, deyə bilərik ki, onların icrası nəticəsində gənc kadrlar üçün yeni imkanlar meydana çıxacaq. Belə ki, Parkın genişləndirilməsi burada yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və bununla da peşəkar gənc kadrlar bu imkanlardan rahat şəkildə yararlanacaqlar”, - deyə, Şahin Seyidzadə fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.