ELM VƏ TƏHSİL


Peşə Təhsil Mərkəzinin tələbələri Gəncə Cihazqayırma Zavodunda təcrübə keçir

Bakı, 22 yanvar, AZƏRTAC

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin bir sıra ixtisas qrupları üzrə təhsil alan tələbələri Gəncə Cihazqayırma Zavodunda təcrübə keçir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təcrübə gələcək məzunların əmək bazarına asanlıqla inteqrasiya olunması məqsədilə təşkil edilib.

Xatırladaq ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin modernləşdirilməsi prosesi uğurla davam edir. Layihədə işəgötürən təşkilatlarla əməkdaşlığın genişləndirilməsi nəticəsində təhsil alan tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki biliklərinin də artırılması əsas önəm verilən məsələlər sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.