ELM VƏ TƏHSİL


Peşə Təhsil Mərkəzinin tələbələri Sumqayıt Texnologiyalar Parkında olublar

Bakı, 22 fevral, AZƏRTAC 

Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində elektrik-qaz qaynaqçısı və geniş profilli dəzgahçı ixtisası üzrə təhsil alan tələbələrin Sumqayıt Texnologiya Parkına (STP) infoturu təşkil olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tur zamanı tələbələr STP-də fəaliyyət göstərən qaynaq quraşdırma və mexaniki emal zavodlarında, dəqiq emal sexində istehsal prosesini izləyiblər. Mütəxəssislər tələbələrə yeni texnologiya və avadanlıqların iş rejimi, emal prosesi haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, peşə təhsili müəssisələrində təhsil alanların müxtəlif sənaye müəssisələrinə infoturu “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, əmək bazarının yüksəkixtisaslı kadrlara olan tələbatının təmin edilməsi, müəssisələrlə sıx əlaqələrin yaradılması məqsədilə təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.