ELM VƏ TƏHSİL


Peşə Təhsil Mərkəzinin tələbələri işəgötürənlərin fəaliyyəti ilə tanış olublar

Bakı, 17 may, AZƏRTAC

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aqroservis mütəxəssisi ixtisası üzrə təhsil alan I kurs tələbələri “Gilan Qəbələ Aqrotexservis” ASC-də və “Özəl aqroservis” müəssisəsində olublar.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüş duala bənzər peşə təhsilinə və təliminə hazırlıq mərhələsində işəgötürən müəssisələrin fəaliyyəti ilə tanışlıq məqsədi daşıyır.

Tələbələr müəssisələrdə kənd təsərrüfatı texnikasının saxlanması, təmir və texniki xidmət işləri və texnikanın istismarı ilə yaxından tanış olublar.

“Gilan Qəbələ Aqrotexservis” ASC-də tələbələr, həmçinin təmir və xidmət emalatxanalarındakı iş prosesini yaxından izləyiblər.

I kurs tələbələri “Gilan Qəbələ Aqrotexservis” ASC-də istehsalat təcrübəsi keçən buraxılış qruplarının tələbələrinin iş fəaliyyəti ilə tanış olublar.

Tələbələr “Özəl aqroservis” müəssisəsinin əkin sahələrini gəzib, regionda ilk dəfə əkilən bitki növləri haqqında məlumat alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.