ELM VƏ TƏHSİL


Peşə Təhsil Mərkəzinin tələbələri ustad dərsində

Bakı, 17 oktyabr, AZƏRTAC

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə oxuyan tələbələrə Azərbaycan Milli Kulinariya Assosiasiyası və Mərkəzi tərəfindən ustad dərsi təşkil olunub.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ustad dərsinin keçirilməsində məqsəd tələbələrdə nəzəri biliklərlə yanaşı, praktik bacarıqları da inkişaf etdirməkdir. Ustad dərsini Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, beynəlxalq yarışların qalibi Pərviz Abdullayev və Azərbaycan Milli Kulinariya Mərkəzinin texnoloqu Nailə Kərimova keçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.